Yerkökü və görmə
Yerkökünün tərkibindəki beta keratin maddəsi görmə qabiliyyətinin (xüsusilə, gecə görmənin) güclənməsinə kömək edir. Beta keratin qaraciyərdə A vitamininə çevrildikdən sonra gecəgörmə qabiliyyəti üçün lazım olan piqmentə-rodopsinə çevrilmək məqsədilə gözün retina təbəqəsinə göndərilir. Məhz bu piqment sayəsində qaranlıqda ətrafı görə bilirik. Ona görə də orqanizmdə A vitamini azalanda gecəgörmə qabiliyyəti zəifləyir. Beta keratindəki antioksidant insanı görmə mərkəzinin narahatlığından və yaş artdıqca meydana gələn kataraktdan qorumaq üçün yaradılmışdır.






