ice berg

ice berg Xəbərlər 30-01-2021, 17:30

İsraildəki azərbaycanlı icması Polşanın ictimai televiziyasını sərt tənqid etdi

İsraildəki azərbaycanlı icması Polşanın ictimai televiziyasını sərt tənqid etdi
İsraildəki "Azİz" İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyası ölkəmizin 44 günlük Vətən müharibəsi barədə ermənipərəst mövqeyi əks etdirən sənədli filmin nümayişi ilə bağlı Polşanın "Telewizja Polska" (TVP) ictimai televiziyasının rəhbərliyinə kəskin etirazını bildirib.

Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

Bildirilib ki, Assosiasiyanın sədri Lev Spivak qeyd edib ki, yanvarın 24-də televiziyanın efirində hərbi jurnalist Vitold Repetoviçin "Şiddətin dərinliyi - 44 gün - müharibənin dəhşəti" ("Głębia" ostrości - 44 dni - koszmar wojny") adlı sənədli filmi yayımlanıb. Azərbaycana məxsus olan və 1990-cı illərin əvvəlində Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ bölgəsində aparılmış 44 günlük müharibədən bəhs edən film birtərəfli şəkildə, yalnız Ermənistanın maraqları və rəsmi İrəvanın mövqeyi baxımından çəkilib və təqdim edilib.

Müraciətdə Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımı, Ermənistanın işğalçı və təcavüzkar siyasəti, dünya birliyinin Azərbaycan torpaqlarının işğalına və erməni terroruna göz yumduğu barədə ətraflı məlumat verilib. Azərbaycan Prezidenti İlham Əliyevin dəfələrlə bütün regionun inkişafına mane olan bu münaqişənin sülh yolu ilə həllini təklif etdiyi, lakin region barədə obyektiv fikrə malik olmayan erməni lobbisinin güclü təzyiqi altında olan rəsmi İrəvanın işğalçı siyasəti davam etdirdiyi və Bakının təklif etdiyi formatda danışıqları aparmaqdan tamamilə imtina etdiyi nəzərə çatdırılıb.

Müraciət müəllifi televiziya rəhbərliyini və kollektivini hadisələri obyektiv işıqlandırmağa, bu olaydan düzgün nəticələr çıxarmağa və vəziyyətə aydınlıq gətirməyə çağırıb.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
279 306 309 309 329 303

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.