ice berg

ice berg 🇦🇿 Qarabağ 💪 Azərbaycan 2-02-2021, 17:00

Azərbaycanda sakindən nümunəvi addım: İgidlər parkı yaratdı

Azərbaycanda sakindən nümunəvi addım: İgidlər parkı yaratdı
Göyçay rayonunda şəhidlərimizin xatirəsini əbədiləşdirmək məqsədilə nümunəvi addım həyata keçirilib.

LoaDinG.aZ xəbər verir ki, rayonun Ləkçıplaq kəndində yerləşən ərazidə torpaqlarımızın işğaldan azad olunması uğrunda qəhrəmancasına canından keçən şəhidlərimizə həsr olunan İgidlər parkının açılışı olub.

İlk öncə şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad olunub. Bu kompleksdə Ləkçıplaq kəndinin Birinci və İkinci Qarabağ şəhidlərinin şəkilləri vurulub. Bu təşəbbüs kənd sakini Mustafayev Eldəniz Abdulla oğlu tərəfindən irəli sürülüb. Açılış zamanı rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə çıxış edərək bildirib ki, 44 günlük müharibə ərzində qazandığımız böyük qələbə üçün şəhidlərimizə borcluyuq. Bildirilib ki, bu kimi xatirə nişangahının açılması və olmasının böyük əhəmiyyəti var.


Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
670 684 652 574 651 632

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.