Quran-i Kərim
İslam nöqteyi-nəzərindən bir müqəddəs kitabı başqa müqəddəs kitaba qarşı qoymaq düzgün deyildir. Quranda onun özündən başqa yalnız iki müqəddəs kitab - Tövrat və İncil öz xüsusi adları ilə zikr edilmişdir. Davud peyğəmbərə nazil edilmiş Zəbur, həmçinin İbrahim və Musa peyğəmbərlərə göndərilmiş səhifələr də Quranda konkret adları ilə göstərilmişdir.
Quranın məna yüklü vahidi, bitmiş bir fikri ayə adlanır. Ayə bir və ya bir neçə kəlmədən, bir və ya bir neçə cümlədən ibarət olur. Ayələr nazil edildikcə bunları həzrət Peyğəmbər əzbərləmiş, sonra isə səhabələrindən bir çoxuna əzbərlətmiş, bu arada vəhyi yazmaqla məşğul olan vəhy katiblərinə də yazdırmışdır.
Peyğəmbər vəhy almağa başladığı vaxtdan etibarən 12 il 5 ay 13 gün Quranı Məkkədə təbliğ etmiş, sonra Mədinəyə hicrət etmiş və 9 il 9 ay 9 gün orada müsəlman icmasının quruculuq işləri ilə məşğul olmuşdur. Ona Məkkədə nazil olmuş ayələr Məkkə ayələri, Mədinədə nazil olmuş ayələr isə Mədinə ayələri adını almışdır. Məkkə və Mədinə dövrlərində bu şəhərlərdən kənarda nazil olan ayələr belə həmin şəhərlərin adları ilə tanınmışdır. Quranda hər bir surənin başında onun Məkkədə, yaxud Mədinədə nazil olduğu və ayələrinin sayı göstərilir.
Surə Quran ayələrindən düzələn fəsildir, bölümdür. Quran 114 surədən ibarətdir. Bu surələrdən ən uzunu 286 ayədən ibarət əl-Bəqərə surəsi, ən qısaları isə 3 ayədən ibarət əl-Kəusər, ən- Nəsr və əl-Əsr surələridir.
Qurani-Kərim əl-Fatihə surəsi ilə başlanır və ən-Nas surəsilə bitir. 90 surə Məkkədə, 24 surə Mədinədə nazil olmuşdur.
arımdan çox insanın etiqad etdiyi islam dininin Müqəddəs Kitabı, ərəb ədəbi dilinin ən möhtəşəm abidəsi və səmavi kitabların ən sonuncusu və mükəmməlidir. İlahi gözəlliyə malik olan bu əsər Ulu Tanrının öz möcüzəsi kimi milyonlarla insanların qəlbinə hakim kəsilmiş, beyninə nüfuz etmişdir. Onun ilahi gözəlliyini təsdiq etməyə təkcə bu kifayətdir ki, ərəb dilini bilməyənlər belə onu dinləməkdən doymur, yorulmurlar.
Əl-Quran («bərkdən, əzbər oxuma»; «müqəddəs mətnin oxusu», «nəsihət»), Əl-Quran Əl-Kərim - 610-632-ci illər arasında Məhəmməd (s) tərəfindən əsasən Məkkə və Mədinədə Allahdan nazil olan, «peyğəmbər vəhyləri»nin sonradan kitab halında yaranmış şəklidir.
Quran və digər müqəddəs kitablar Allah tərəfindən nazil edildiyi, yəni göydən yerə, peyğəmbərlərə endirildiyi üçün bu hadisəyə nazil olma deyilir. Vəhy isə Allahın istər müqəddəs kitablarını, istərsə də digər əmr və qadağanlarını Öz yaratdıqlarına, xüsusilə peyğəmbərlərinə nazil etmə, göndərmə qaydasıdır, açıqlamasıdır. Vəhyin əsas məqsədi insanı hidayət etmək, şəxsiyyəti kamilliyə, mənəvi tərəqqiyə doğru aparan yolu insana göstərməkdir.