Mən ki beLə deyiLdim..
Deyirlər, çox dalğın olmuşam bu aralar. Fikirlərim dağınıqdı... Səmanı bəzəyən buludlar kimi. Gah orda olurlar,gah burda. Bəzən tamam gözdən itirlər,bəzənsə tamam örtürlər göy üzünü...
Deyirlər, gözlərim yaman çox yol çəkir... Kimisə hey gözləyirlər. O "kimsə" gəlməyəcək bilirəm... Mən bilirəm,gözlərimsə yox...
Deyirlər, unutqan olmuşam. Yəqin ki,dağınıq fikirlərimdən irəli gəlir bu da...
Deyirlər,sağlamlığıma fikir vermirəm heç. Gün ərzində qabağıma yemək qoymasalar,məcbur eləməsələr yadıma belə düşməz...
Deyirlər, dəyişkən olmuşam bu günlər. 1 anın içində həm gülürəm,həm kövrəlirəm. Qəribə gəlir onlara. Axı hardan bilsinlər ki,sünilikdən həmişə qaçan mən,indi süni gülüş öyrənmişəm təzəliklə...
Deyirlər,susqun olmuşam. Daha əvvəlki kimi ünsiyyətcil deyiləm. Hamıdan uzaq gəzirəm,hətda qaçıram. Deyirlər ,hər şey mənasızlaşıb mənim üçün...
Deyirlər, hanı o inadkar,səbirsiz,şıltaq qız? Hanı gəlişi ilə gülüşü,sevinc gətirən qız? Hanı başqalarına danışmaqa imkan verməyən,öz bildiyinə çatmayınca əl çəkməyən qız? Hanı o?..
Qınayanlar da olur məni... Anlamaq istəyib anlamayanlar da...
Həmişə"hər şey insanın öz əlindədir,özündən asılıdır"deyənlərdən olmuşam. Amma indi görürəm ki, yox... Hər şey göründüyü qədər asan deyil. Öz əlimdə olsa idi... Eh,əlimdə olsaydı,çoxdan qayıtmışdım...
Şəkillərə baxıram,bir də güzgüyə. Üzümdəki gülüş, gözlərimdəki işıltı... Yoxdu indi onlar. Yoxdu o qız. Elə bil, şəkildən mənə baxan o qız mən olmamışam heç... Eh... Həqiqətən... Mən ki,belə deyildim...