ice berg

ice berg İdman 13-02-2021, 08:30

Teymur Rəcəbov finala vəsiqə qazana bilmədi

Teymur Rəcəbov finala vəsiqə qazana bilmədi
Azərbaycan şahmatçısı Teymur Rəcəbov Çempionlar Turunun "Opera Euro Rapid" adlanan üçüncü mərhələsinin yarımfinalında dünən növbəti görüşlərini keçirib.

LoaDinG.aZ xəbər verir ki, 34 yaşlı qrossmeyster ABŞ təmsilçisi Uesli Sonun müqavimətini qırmağa çalışıb.

İlk oyun günündə rəqibinə 1,5:2,5 hesabı ilə uduzan Rəcəbov finala vəsiqə qazanmaq üçün ilk növbədə, bugünkü 4 qarşılaşmanın yekununda qalib olmalı, daha sonra isə tay-breyk və ya armageddon qələbə ilə ayrılmalı idi.

Amma ilk iki partiyada heç-heçə edən həmyerlimiz 3-cü görüşdə məğlub olduğundan 4-cü qarşılaşmaya ehtiyac qalmayıb. Yekunda 2:1 hesabı ilə uduzan Rəcəbov finala çıxmaq şansını əldən verib. O, bugün 3-cü yer uğrunda mübarizə aparacaq. Qrossmeysterin rəqibi Maqnus Karlsen (Norveç) - Maksim Vaşye-Laqrav (Fransa) cütünün məğlubu olacaq.

Qeyd edək ki, turnirin ümumi mükafat fondu 100 000 ABŞ dollarıdır. Qalib 30 000 dollar qazanacaq.

"Opera Euro Rapid"

Yarımfinal, ikinci görüşlər


Uesli So (ABŞ) - Teymur Rəcəbov (Azərbaycan) - 2:1

Maqnus Karlsen (Norveç) - Maksim Vaşye-Laqrav (Fransa)

Yarımfinal, ilk görüşlər

Uesli So (ABŞ) - Teymur Rəcəbov (AZƏRBAYCAN) - 2,5:1,5

Maqnus Karlsen (Norveç) - Maksim Vaşye-Laqrav (Fransa) - 2,5:0,5

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
521 560 460 540 492 544

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.