Diablo

Diablo özünü 😔 qəmli hiss edir. Xəbərlər 19-02-2021, 15:14

25 yaşlı hərbçimizin şəhid xəbəri gəldi

25 yaşlı hərbçimizin şəhid xəbəri gəldi
44 günlük Vətən müharibəsində itkin düşən daha bir hərbçimizin şəhid olduğu müəyyənləşib.

Loading.az “Qafqazinfo” ya istinadən xəbər verir ki, söhbət müddətdən artıq həqiqi hərbi qulluqçu olan 1996-cı il təvəllüdlü Qulamov Rəcəb Xaydaroviçdən gedir. 5 aydan çoxdur ki, itkin sayılan R. Qulamovun adı Müdafiə Nazirliyinin itkinlərlə bağlı yaydığı siyahıda da var idi.


Bildirilir ki, şəhidin nəşi Murov istiqamətində gedən axtarışlar zamanı tapılıb.

Evin tək övladı olan R. Xaydaroviçin atası bir müddət əvvəl rəhmətə gedib.

Sumqayıt rayon İcra Hakimiyyətindən saytımıza bildirilib ki, şəhidin bu gün axşam saatlarında dəfn ediləcəyi gözlənilir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
322 398 351 243 369 369

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.