ice berg

ice berg Şeirlər 1-03-2021, 20:02

//Tamaşa\\

//Tamaşa\\
Kimlərəsə mücadələ, kimlərinsə əyləncəsi.
Gündüzlərin zülmətləri, aydınlıqların gecəsi.
Aydınlanır həyat burda, gedir insan sona sarı.
İnsanlıqçün hüzür düşüb -- arzuların intiharı.
Kimi ölüm ayağında, canın verir qüruruna.
Kimin pulun ayağında, dönüb kiminsə quluna.
Cəhd edən də çözənmədi həyatın bu tənliyini:
Gündüz çörək almaq üçün - gecə satır mənliyini.
Deyirlər ki, tamaşadır bir müddətlik olan yaşam.
Səhnədəsən əlində pul - budur sual: öləm - qalam?
Eyni şeydir - öldün ya yox. Əsas olsun pul dünyada.
Bir taxtada vəzir olan - digərdə olur piyada.
Dəyişməyən ssenaridi - həyat axır, bu cür gedir.
Nə fərqi var olum-ölüm? Tamaşa ki davam edir.

Cavidan Hacıyev..

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
458 433 423 408 410 483

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.