Kənan Heydərov

Kənan Heydərov İdman 5-03-2021, 17:30

"Barselona"dan 119 illik rekord

"Barselona"dan 119 illik rekord
İspaniya kubokunun yarımfinalında “Sevilya”nı məğlub edərək finala yüksələn “Barselona” turnirin tarixinə düşüb.

Loading.az “Opta”ya istinadən xəbər verir ki, Kataloniya təmsilçisi son 13 mövsümdə 10-cu dəfə finala vəsiqə qazanıb. Bu, turnirin tarixində rekord göstəricidir. 119 ildir keçirilən İspaniya kubokunda heç bir klub 13 mövsümə 10 dəfə finala yüksələ bilməmişdi.

Xatırladaq ki, ilk oyunda səfərdə “Sevilya”ya 0:2 hesabıyla uduzan “Barselona” cavab matçında 3:0 qələbə qazanaraq, adını finala yazdırıb. Ronald Kumanın komandası həlledici matçda “Levante” – “Atletik” cütünün qalibi ilə qarşılaşacaq.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
484 471 447 438 451 494

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.