KiBirLi_PrenS.

KiBirLi_PrenS. İslam Dini 12-03-2021, 21:00

Halal qazanc

Halal qazanc
Uca Yaradan insanların hər iki dünyada xoşbəxt olmaları üçün Yer üzünə İslam dinini göndərmişdir. Dinimizin yaxşılığı əmr edib, pis əməllərdən çəkindirməkdə məqsədi də insanların dünya həyatında xoşbəxt olması, axirətdə isə Cənnəti qazanmalarıdır.
İnsan təbiətindəki mal-mülk əldə etmə arzusu anadagəlmə xüsusiyyətdir. Bu arzunun xəsisliyə, mal hərisliyinə dönüşməməsi, insanı və cəmiyyəti fəlakətə sürükləməməsi üçün Allah-Təala bizi xəbərdar etmişdir. Yalan, böhtan, faiz, rüşvət, oğurluq, korrupsiya, xalqın malını yemək, verilən vəzifəni layiqincə yerinə yetirməmək kimi bütün pis davranışların qadağan edilməsi də bu səbəbdəndir.
Bəs görəsən, dinimiz nəyi halal, nəyi haram buyurmuşdur?
Haram dində edilməsi və ya yeyilib-içilməsi qadağan olunan şey deməkdir. Dini ədəbiyyatda haram buyurulmuş şeylərə “muharramat” da deyilir. İslam alimlərinə görə, haramdan çəkinənlər savab, onu işləyənlər isə günah qazanarlar.
Halal isə icazə verilmiş, haqqında dini qadağa və məhdudlaşdırma olmayan dini-hüquqi hökmü ifadə edir.
Halal qazanc və ya halal loxma dinimizin ehkamlarına uyğun əldə edilən gəlir və qazanılan ruzidir. Qazancın və yeyilən çörəyin halal olması üçün hər şeydən əvvəl, doğru işlərlə məşğul olmalı, üzərimizə düşən vəzifələri vicdanla, yəni “heç kim görməsə də, Rəbbimiz görür” prinsipi ilə yerinə yetirməliyik.
Halal-haram məsələsi dinimizin çox önəm verdiyi mühüm məsələlərdəndir. Çünki istər sonuncu Səmavi Kitabda, istərsə də hədislərdə haramın insanlığı məhvə sürükləyəcəyi, bəşər övladını dünya və axirətdə pərişan edəcəyi, Allah və bəndə haqqının tapdalanmasına gətirib çıxaracağı barədə xəbərdarlıq edilir. Halal və haram məfhumunu yaxşıca dərk etmək üçün Peyğəmbərimizin (s) bu hədisini xatırlamaq kifayət edər: “Halal olan şeylər bəllidir, haram olan şeylər də həmçinin. Bu ikisi arasında halal və ya haram olduğu şübhəli qalan şeylər vardır. İnsanlardan çoxu bunu bilmir. Şübhəli mövzulardan çəkinənlər dinini və ismətini qorumuş olar. Şübhəli şeylərdən çəkinməyənlər isə get-gedə harama dalar. Necə ki, hər padşahın girilməsini qadağan etdiyi ərazisi vardır. Allahın qadağan ərazisi də haram qıldığı şeylərdir. Xəbəriniz olsun ki, insan bədənində kiçik bir ət parçası var ki, bu ət parçası sağlam olsa, bütün bədən sağlam olar. Əgər o, pozulsa, bütün bədən pozular. Bilin ki, bu ət parçası insanın ürəyidir” (“Səhihi-Buxari”).

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
826 866 780 774 765 748

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.