ice berg

ice berg İdman 14-03-2021, 19:31

"Neftçi" "Səbail"i darmadağın etdi

"Neftçi" "Səbail"i darmadağın etdi
Futbol üzrə Azərbaycan Premyer Liqasında XX tura yekun vurulub.

LoaDinG.aZ xəbər verir ki, turun son oyununda "Neftçi" "Bakcell Arena"da "Səbail"lə qarşılaşıb. Görüş meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə başa çatıb.

Matçda hesabı 5-ci dəqiqədə Namik Ələskərov açıb. 65-ci dəqiqədə Stiven Monroz "ağ-qaralar"ın üstünlüyünü 2 topa çatdırıb. 4 dəqiqə sonra Yusuf Laval baxımlı qolla rəqibi 3-cü dəfə məyus edib. Görüşdə son nöqtəni isə 75-ci dəqiqədə Mert Çelik qoyub.

Bu qələbədən sonra xallarını 42-yə çatdıran "Neftçi" zirvədəki yerini qoruyub. "Səbail" isə 18 xalla 6-cı pillədə qalıb.

Qeyd edək ki, günün ilk matçında "Zirə" Qəbələdə eyniadlı komanda ilə bərabərə qalıb - 1:1. İlk oyun günündə baş tutmuş qarşılaşmalarda "Qarabağ" evdə "Sabah"ı 2 cavabsız qolla məğlub edib, "Sumqayıt" isə "Keşlə" ilə 2:2 hesablı heç-heçəyə razılaşıb.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
360 394 330 345 392 329

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.