amon

amon İdman 8-05-2023, 22:34

Premyer Liqa: “Qarabağ” “Qəbələ”ni darmadağın edərək çempionluğa yaxınlaşdı

Premyer Liqa: “Qarabağ” “Qəbələ”ni darmadağın edərək çempionluğa yaxınlaşdı
Azərbaycan Premyer Liqasında XXXIII tura yekun vurulub.

Loading.Az-ın məlumatına görə, bağlanış oyununda “Qarabağ” “Qəbələ”ni qəbul edib. “Azersun Arena”da keçirilən görüşdə meydan sahibləri böyük hesablı qələbə qazanıblar - 3:0.

Matçda ilk qolu 43-cü dəqiqədə Elvin Cəfərquliyev vurub. 75-ci dəqiqədə Abdullah Zubir fərqi 2 topa çatdırıb. Son nöqtəni isə 84-cü dəqiqədə Ramil Şeydayev qoyub.
Bu qələbə ilə xallarını 84-ə çatdıran Ağdam təmsilçisi zirvədəki yerini qoruyub və çempionluğa bir az da yaxınlaşıb. Ən yaxın izləyicisi “Sabah”ı 7 xal qabaqlayan “köhlən atlar” növbəti oyunda “Səbail”ə qalib gələcəyi halda sona 2 tur qalmış qızıl medalları təmin edəcək. 48 xalı olan “Qəbələ” isə 4-cü pillədə qərarlaşıb.

Qeyd edək ki, turun əvvəlki oyunlarında “Sabah” Qəbələdə “Kəpəz”i, “Zirə” “Şamaxı”nı 3:0, “Turan Tovuz” evdə “Neftçi”ni 4:0, “Səbail” isə Sumqayıtda eyniadlı komandanı 3:1 hesabı ilə məğlub edib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
389 427 370 424 409 394

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.