-.Əslində intihardan əvvəl insanlar xilas üçün çağırış edir
İnsan birinci ölür, sonra intihar edir. Yəni özünü dənizə atmış, kəndirdən asmış, relslərə sarılmış adam, o su boğazına dolmamış, kətil ayağının altından qaçmamış, qatarın təkərləri ilə boynu bir-birinə qovuşmamış artıq ölmüş olur."Səhv etmirəmsə Stiven Kingin hekayəsidir. Bacı-qardaş növbəylə hündür anbarın damına çıxır, aşağı, samanın üstünə tullanmaqla əylənirlər. Bir dəfə samanlığa çatmamış bacının ayağı büdrəyir, yıxılanda taxta tirdən yapışır! Bəlkə də 1-2 dəqiqə ərzində, bəlkə saniyələr boyu oğlan qızın yıxılacağı yerə saman döşəyir və qıza xəbər eləyir: Di burax əlini... Onlar böyüyürlər, qız başqa şəhərə köçür və həyatının hansısa depressiv məqamında qardaşına aramsız məktublar yazır, həyatından narazılıq edir. Sonra da özünü yuxarı mərtəbədən aşağı atır. Qardaş gec də olsa anlayır ki, heç demə, bacısı yenə ondan kömək umurmuş: lap ola bilsin 17-ci mərtəbədən özünü atanda da qardaşının artıq aşağı yumşaq nəsə döşəyəciyini gözləyirmiş... Ancaq heyf ki, bu dəfə qardaş aşağı, betonun üstə saman daşımağı unutmuşdu.Əslində intihardan əvvəl insanlar xilas üçün çağırış edir. Eşitmirik...İntihar edən insanların 90%-i fiziki cəhətdən sağlamdır. Amma yaxınları bəraət qazandırmaq üçün onların ruhi xəstə olduğunu deyirlər"






