Th30

Th30 Sevgi 16-03-2021, 20:07

- sənsiz intihar... [7]

- sənsiz intihar... [7]
Elə çarəsizəm ki,görmək üçün can atıram,görə bilmirəm səni. Darıxmışam. Yanımda hər kəsi qısqanaraq əlimi sıxmağın üçün. Gəlsəydin kaş ki,yenə görüşsəydik metro çıxışlarında. Mən səni,tindəki balaca köşkün yanında gözləsəm yenə. Saçlarını çiyinlərinə ata-ata gəlsən uzaqdan. Uzaqlığına qurban. Uzun kipriklərin üçün darıxmışam. Utancaqlığın üçün. Yersiz yerə elədiyin nazın üçün darıxmışam. Kaş yenə deyinərdin gec yatdığım üçün. Siqaret çəkdiyim üçün, əsəbləşib,susardın gözünü yerə dikərək. "Az çək,məni düşün" deyərdin hər dəfəsində. Bilirsən necə canım yanır,heç siqaret belə bu qədər kül olmur, inan mənə. Məndən yaxşı olmasa da, gözlərinə yaxşı bax. Gəl,yenə qar yağanda,üşüdüyün üçün deyinə-deyinə sarıl qollarımın arasına. Yenə çağır məni,hərkəsdən qaçım gəlim yanına. Hanı, dünya balaca idi, çıxacaqdın qarşıma? Niyə görsənmirsən bəs neçə ildi? Darıxmışam mən, darıxmışam. Hirsli vaxtımda inadına qucaqlamağın üçün darıxmışam. Əlin üçün, səsin üçün, adımı səslənişin üçün,yanımda yerişin üçün, dünya gözəli gözlərin,gülüşün üçün darıxmışam. Bilirsən.. Aram aram eşitdiyim nəfəsin də unudulur. Hərdən üzün yaddan çıxır. Səsin ögey gəlir hərdən. Adın yadıma düşmür,utanıram. Gəl utandırma məni,unutdurma özünü bu qədər,ölüb girməyim yerə. Bilirəm ki, gələn deyilsən daha. Belə küskünlük olmur,vallah-billah ölür adam. Bir salam qədər də olsa,danışaq. Darıxmışam.. Gecikmə, gəl barışaq.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
696 659 646 692 631 625

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.