- sənsiz intihar... [8]
Nə pis yuxu tutdu məni günün günortasında.
Bu şəhərin, bu küçənin, bu ömrün ortasında.
Bir qış günü yatdım, ancaq durub gördüm payızdı.
Bu kartları dəyiş, Allah, mən bu ömrü uduzdum.
Gecəsini, gündüzünü götür, bir də qarışdır.
Düş, gözümün qabağında, burda, yerdə qarışdır.
Qara günlər arasından bəlkə bir ağ gün çıxa.
Ya çıxa qətlimə fərman, ya ölüm hökmün çıxa.
Ramiz Rövşən.