ice berg

ice berg Hekayələr 21-03-2021, 21:12

*****Qorxu və Cəsarət*****

*****Qorxu və Cəsarət*****
Сəsarəti Qorxudan soruşdum.Bildiyi bütün pis sözləri və qarğışları sərf etdi onun ünvanına.Sonra başladı gileylənməyə :
“Onu görüm,bir də görməyim.Onun ucbatından bu hala düşmüşəm.Neçə yerdən qovulmuşam.Mən ki,ali təhsilli qorxuyam.Diplomum da var ! HU-dan.Hisslər Universitetindən.Özü də fərqlənmə ilə.Ancaq o cəsarət- O heç nədir.Dərsə də vaxtında gəlməzdi.Bir dəfə nə oxuyardı,o da yadında qalardı.”
Sonra qorxu ağlamağa başlayır.Onu sakitləşdirmək də istəmirəm.Artıq o elə bir hala gəlir ki,mənim getdiyimi də hiss etməyəcək hala gəlir.O vaxt səssiz-səmirsiz onun yanından uzaqlaşıram.
Səhəri gün Cəsarətdən Qorxunu soruşdum.Gülümsədi.Qorxunun əksinə,o xoş sözlər danışdı.:

“Hə,qorxu.O olmasa mən nəyə lazımam ki...Onsuz mən yoxam.Qorxu olmasa cəsarət nəyə lazım ?! ”
“Axı onun səndən xoşu gəlmir.”
“Mən də Qorxu olsaydım Cəsarətə nifrət edərdim”

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
409 454 391 414 449 434

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.