ice berg

ice berg Şeirlər 22-03-2021, 15:45

||Gülməli dünya//

||Gülməli dünya//
Dərd əhlini duyan yoxsa,

Bu sirri mən necə qanım?

Can deyərəm söz qanana,

Qanmayana necə yanım?



İnsan var ki, dərd əysə də,

Qürurunu qıra bilmir.

İnsan da var dərd yuvası,

Dərd də onu yora bilmir.



Bu dünyanın özü boyda

Dərdi var, insan əməli,

Dərd yaradan insan ilə

Dünya deyilmi gülməli?


Telman Ümman Tircanlı..

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
443 432 423 445 478 471

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.