Eşq-məhəbbət

Sual: Əgər bir qız bir oğlanı uzaqdan-uzağa sevirsə buna görə günah işləyirmi?
Cavab: Şəriətdəki hökmlərdən biri də şərr və günaha aparan yollardan çəkindirməkdir. Qəlb və ağılın korlanmasına apara biləcək bütün vasitələrin qarşısının alınmasına xüsusi diqqət yetirilir. Cinslər arasında sevgi və kor-koranə vurulma böyük xəstəlik və təhlükəli bir bəladır.
Şeyxu-l İslam ibn Teymiyyə, rahiməhullah, “Məcmu əl-Fətəvə” əsərində (10/129) belə buyurur:
“Eşq psixi xəstəlikdir; gücləndikcə bədənə təsir edir və fiziki xəstəliyə çevrilir, ya beyin xəstəliyi şəklində özünü göstərir ki, buna vəsvəsənin səbəb olduğu xəstəliklər deyilir yaxud da zəiflik, cılızlıq (arıqlama) kimi bədən xəstəlikləri şəklində özünü biruzə verir”.
Şeyx, rahiməhullah, “Məcmu əl-Fətəvə” əsərində (10/132) buyurur:
“Ona halal olmayan bir qadını sevmək bir çox fəsadlara aparır. Bunun fəsadını isə bircə aləmlərin Rəbbi bilir. Bu elə bir xəstəlikdir ki, bundan əziyyət çəkənin imanını (dinini) fəsada uğradır, daha sonra onun ağlına və bədəninə mənfi təsir edir”.
Qarşı cinsin üzvünü sevməyin və eşqinə düşməyin zərərli təsiri kimi onu qeyd etmək kifayətdir ki, qəlb əsirə çevrilir və sevilənin quluna çevrilir. Nəticədə eşq zəlillik və alçalmağa, əzab-əziyyətə aparan qapıya çevrilir.
İbn Teymiyyə, rahiməhullah, “Məcmu əl-Fətəvə” əsərində (10/185) buyurur:
“Kişinin qəlbi ona halal olan bir qadına belə bağlandıqda qəlbi onun əsirinə çevrilir, qadın ona istədiyi kimi hökm verə və onu istədiyi kimi idarə edə bilir, əri olduğundan zahirən kişinin qadının yiyəsi olduğu görünsə belə qəlbi onun əsirinə çevrilir. Xüsusilə də qadın kişinin ona olan ehtiyacı və ona olan sevgisini bildikdə. Bu halda qadın onu sərt və qəddar ağanın zavallı qulunu idarə etdiyi kimi idarə edir. Belə ki, zavallı kölə özünü ondan xilas edə bilmir. Daha doğrusu kişinin (halı) bu ikincidən daha pisdir. Belə ki, qəlbin əsir düşməsi və qula çevrilməsi, bədənin əsir düşməsindən və köləliyindən betərdir”.
Qarşı cinsə bağlanmaq qəlbi Allah sevgisi ilə dolan qəlbə təsir etmir. Bu, yalnız o qəlbə təsir edir ki, qəlb boşdur, zəifdir və ona görə də, həmin qəlb üzərində nəzarəti ələ keçirir. Daha sonra isə bu sevgi qüvvətlənib şiddətləndikcə Allah sevgisini məğlub edə və yiyəsini şirkə düşürür.
Ona görə də demişdirlər ki, “Məhəbbət boş qəlbin hərəkətidir”.
Qəlb Rəhman Azzə və Cəlləyə olan məhəbbətdən və onu zikr etməkdən, Onunla gizlincə danışmaq və Onunla məsləhətləşmək nemətindən məhrum olarsa bunun yerini qadın sevgisi və onların surətlərinə bağlılıq, mahnıya qulaq asmaq doldurar.
İbn Teymiyyə, rahiməhullah, “Məcmu əl-Fətəvə” əsərində (10/135) buyurur:
“Qəlb yalnız Allahı sevərsə və dini ixlasla ona həsr edərsə, kiminsə eşqinə düşməsi bir tərəfə qalsın heç başqa birini sevmək fitnəsinə belə düşməz. Qəlb eşqə düşdükdə bunun səbəbi yalnız Allaha olan sevgidə naqislikdən irəli gəlir. Ona görə də, Yusif, sallallahu aleyhi və səlləm, Allahı sevdiyindən və dini ixlasla yalnız ona həsr etdiyindən o “sevginin tələsinə” düşmədi. Allah-Təala belə buyurur: “Beləcə, Biz pisliyi və çirkin əməli ondan uzaqlaşdırdıq. Həqiqətən, o, Bizim ixlaslı qullarımızdandır”.[1]
Əzizin zövcəsinə gəldikdə isə o qadın öz camaatı kimi “müşrik”idi və ona görə də tələyə düşdü”.
Müsəlman mütləq bu cür həlak edici şeydən özünü xilas etməli və bundan qorunmaqda və xilas olmaqda səhlənkar davranmamalıdır. Əgər bunda səhlənkarlığa yol verib və eşq-məhəbbət yolunu tutarsa, harama baxmağa və haramı dinləməyə, qarşı cinslə münasibətlərdə səhlənkarlıq və s .etməyə davam edib nəticədə sevgi və məhəbbətə düçar olarsa bu halda o adam günahkardır və bu əməlinə görə cəzaya məruz qalacaq.
Bu cür xəstəliyin ilk mərhələsində nə qədər insan səhlənkar davranaraq düşünmüşlər ki, onlar istədikləri zaman bundan özlərini xilas etmək iqtidarındadırlar yaxud müəyyən həddə qədər özlərini saxlaya və həddi aşmaya bilərlər. Halbuki xəstlik güclü kök atmış və heç bir həkim yaxud dərman kömək etməmişdir.
İbn əl-Qeyyim, rahiməhullah, “Ravdətul Muhibbin” (147) əsərində belə deyir:
“Əgər bu könüllü olaraq baş vermişdirsə onun əlində olmadığından yaranan nəticələrə görə bu halda həmin adam üzrlü sayılmır. Lakin səbəb haramdırsa sərxoşun heç bir üzrü yoxdur. Sözsüz ki, bir baxışın ardınca başqa bir baxış izləmək və həmin şəxs barədə davamlı düşünməyə imkan vermək sərxoşedici qəbul etməyə bənzəyir: səbəbinə görə isə özünü qınamalıdır”.
Əgər bu təhlükəli xəstəliyin səbəblərindən uzaqlaşamağa güclü səy göstərirsə və harama baxmaqdan öz baxışlarını uzaqlaşdırırsa, haram şeylərə qulaq asmırsa və şeytanın onun düşüncəsində canlandırdığı keçici fikirlərdən yayınırsa və bundan sonra keçici bir baxış yaxud əsasən halal olan bir əqd səbəbindən həmin xəstəliyin şərrinə düçar olursa və qəlbi bir qadına bağlanırsa inşəAllah buna görə ona günah yoxdur. Çünki Allah-Təala buyurur:
“Allah hər kəsi yalnız qüvvəsi yetdiyi qədər yükləyər (bir işə mükəlləf edər)”.[2]
İbn Teymiyyə, rahiməhullah, “Məcmu əl-Fətəvə” əsərində (11/10) belə deyir:
“Əgər insan səhlənkarlığa yol verməmişdirsə yaxud həddi aşmamışdırsa başına gələnə görə günah daşımır”.
İbn əl-Qeyyim, rahiməhullah, “Ravdətul Muhibbin” əsərində (147) belə deyir:
“Əgər eşq qadağan olunmayan bir səbəbdən baş veribsə insan buna görə qınanılmır. Tutaq ki, bir kişi zövcəsini yaxud cariyəsini sevmiş sonra ondan ayrılmış və ona olan sevgisi qalmışdır. Buna görə insan qınanılmır. Eləcə də, qəfil baxıb baxışlarını çevirərsə özündən asılı olmayaraq qəlbinə sevgi düşərsə buna baxmayaraq bunu özündən dəf etməli və yayındırmalıdır”.
Lakin bu sevginin təsirindən qurtulmaq üçün qəlbini müalicə etməli və bunun üçün qəlbini Allah Sübhənahuya olan sevgi ilə doldurmalı və Allaha olan sevgisi onu başqalarının sevgisinə möhtac etməməlidir. Nəsihət etmələri üçün aqil və əmin insanlarla məsləhətləşməkdən çəkinməməlidir yaxud həkim və psixoloqlarla məsləhətləşməlidir. Çünki ola bilsin ki, ona bunun həllini göstərsinlər. Bunu edərkən səbrli olmalı, Allahdan savab ummalı, iffətini qorumalı və susmalıdır və inşəAllah Allah ona buna görə savab yazacaq.
Şeyxu-l İslam ibn Teymiyyə, rahiməhullah, “Məcmu əl-Fətəvə” əsərində (10/133) belə buyurur:
“Eşq-məhəbbətlə sınanarsa və iffətli davranıb səbr nümayiş etdirərsə Allahdan təqvasına görə savab qazanar. Şəriətdəki sübut-dəlillərdən məlumdur ki, baxışında, sözündə və əməlində haramlardan özünü qoruyarsa və istər insanlara şikayət etmək, istər fahiş işlər etmək və istərsə də sevdiyini bu və ya digər şəkildə izləmək şəklində olsun, qəlbində çəkdiyi sevgi əzabına baxmayaraq haram danışıq olmaması üçün bunu gizlədib bu barədə söz açmazsa və Allaha itaətdə və günahlardan çəkinməkdə səbrli olarsa bu halda həmin adam Allahdan qorxan və səbr edənlərdən olar. Allah-Təala buyurur:
“Kim (Allahdan) qorxsa və səbr etsə, (bilsin ki,) Allah yaxşı iş görənlərin mükafatını puç etməz”. [3]
Ən doğrusunu Allah bilir.