Ballı çizkeyk
Tərkibi:
150 qr peçenye
80-90 qr kərə yağı
Çizkeyk üçün:
300 qr krem pendir (Almette, Hohland)
60-80 qr bal
2 ədəd yumurta
50 qr 33%-lik qaymaq
Hazırlanma qaydası:
Alt qatını hazırlamaq üçün peçenyeni toz halına gətirin. Üzərinə əridilmiş yağ əlavə edib qarışdırın. Diametri 18 sm olan qəlibə peçenyeni yayın və soyuducuya yerləşdirin.
Çizkeyki hazırlamaq üçün bir qabda krem pendiri balla qarışdırın. Üzərinə yumurtanı və qaymağı əlavə edib spatulayla yaxşıca qarışdırın. Qəlibi soyuducudan çıxarıb kənarlarını folqa kağızına bükün. Hazır kütləni qəlibə tökün.
Qəlibi su dolu soba sinisinə yerləşdirin. Əvvəlcədən 150-160 dərəcə qızdırılmış sobada təxminən 1-1,5 saat bişirin. Bişən çizkeyki sobada qapısı açıq halda 30 dəqiqə soyudun. Daha sonra otaq temperaturunda
soyudun.
Nuş olsun