ice berg

ice berg İdman 17-05-2021, 16:30

"Barselona" çempionluq şansını itirdi

"Barselona" çempionluq şansını itirdi
İspaniyanın "Barselona" komandası 2020/2021 mövsümündə çempionluq şansını itirib.

LoaDinG.aZ`ın məlumatına görə, Kataloniya təmsilçisi La Liqanın XXXVII turunda evdə "Selta"ya 1:2 hesabı ilə uduzaraq, 76 xalla 3-cü pillədə qalıb. Əvəzində lider "Atletiko" evdə eyni hesabla "Osasuna"ya qalib gəlib və xalını 83-ə yüksəldib. "Real Madrid" isə "Atletik" üzərində 1:0 hesablı səfər qələbəsi sayəsində 81 xalla 2-ci pillədə qalıb.

Son turda "Barselona" səfərdə "Eybar"a qalib gəlsə belə, 3-cü pillədən yuxarı qalxa bilməyəcək. Üstəlik, 74 xalla 4-cü yerdə gedən "Sevilya" "Vilyarreal" üzərində səfər qələbəsi sayəsində Kataloniya komandasını keçə bilər.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
432 504 411 461 456 432

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.