Bir saatın deyeri

Bir saatın dəyəri
Hər gün işdən gec qayıdan ata günlərin bir günü 5 yaşlı oğlunun onu qapının astanasında gözlədiyini görür.
Uşaq atasından soruşur:
<<Ata, bir saata nə qədər pul qazanırsan?>>. Atası cavab verir: <<Onsuz da yorğunam, bu sənin işin deyil, get işinlə məşğul ol>>. Amma uşaq israrla atasından bir saata nə qədər əməkhaqqı aldığını söyləməsini xahiş edir. Nəhayət, ata deyir: <<Yaxşı, indi ki, bilmək istəyirsən, 20 manat>>. Uşaq atasına deyir: <<Ata, mənə on manat verərsən?>>. Atanın cavabı belə olur: <<Sənin oyuncaqlarına bu qədər pul ayırmaq fikrim yoxdu. Otağına get, yat>>. Uşaq bir söz demədən otağına gedir. Bu söhbətdən bir saat keçir, ata bir anlıq fikrə dalır və uşaqdan pulu nə üçün istədiyini soruşmadığına peşman olur. <<Bəlkə ona doğrudan da pul lazımdır?>>, - deyə öz-özünə düşünür. Bu fikirlərlə ata qapını döyüb oğlunun otağına daxil olur. Uşaq atasını görcək yatağından qalxır. Ata deyir: <<Bağışla, oğul, bir az əvvəl səninlə sərt danışdım. Bu gün iş günüm ağır keçdi. Al, bu da istədiyin 10 manat>>. Bunu görcək uşaq cəld döşəyinin altından on manat çıxarır və atasının verdiyi on manatın üzərinə qoyur. Ata yenidən əsəbiləşib deyir: <<Pulun olduğu halda məndən pul istəyirsən?!>>. Uşaq gülümsəyərək atasına cavab verir: <<On manatım var idi, amma on manat çatmırdı. Ata, al bu iyirmi manatı, mənə bir saat vaxt ayır>>.