ÊLfidÂ

ÊLfid Mətbəx 23-06-2021, 10:00

Pendirli toyuq budları

Pendirli toyuq budları

Lazım olan ərzaqlar:


Toyuq budu -8
Kartof püresi -200qr
Mozarella pendiri-150qr
Duz, istiot

Üzərinə:

Yumurta-1
Suxarik-əzilmiş

Hazırlanması:

Budları duz qatılmış suda qaynadın,soyuduqdan sonra üzərinin dərisini soyun və xırda-xırda didin (sümükləri atmırıq)

Kartofu bişirin püre halına gətirin.

Sonra pendiri sürtgəcdən keçirib püreyə qatın, duz istiot vurun.
Xırdaladığınız əti də töküb qarışdırın.

Sonra bu qarışımı ovucumuzun içi boyda götürüb, saxladığınız sümüklərin üzərinə bud formasında edin.

Sonra bu budları öncə çırpılmış yumurtaya daha sonra suxarikə batırıb sobaya qoyun.
180°qızarana qədər bişirin.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
453 524 428 439 453 447

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.