n2006

n2006 Mətbəx 4-02-2022, 10:30

Ləzzətli Pendirli Krekerlər

Ləzzətli Pendirli Krekerlər
Xırçıldayan cips və ya kreker sevənlər ev şəraitində pendir tərkibli ləzzətli qəlyanaltı hazırlaya bilər. Uşaqların da çox sevəcəyi dadlı və ətirli krekerləri təbii tərkibli olduğu üçün könül rahatlığıyla verə bilərsiniz. LoaDinG.Az faydalı pendirli krekerlərin reseptini təqdim edir.

Tərkibi:

100 qr bərk pendir
100 qr un
1 ədəd yumurta sarısı
100 qr kərə yağı
1 çimdik duz
Hazırlanma qaydası:


Soyuducudan götürdüyünüz soyuq kərə yağını, un və duzu mətbəx robotuyla qarışdırın.




Üzərinə yumurta sarısı əlavə edin. Əgər yumurta sarısının rəngi tünd deyilsə sarıkök əlavə edə bilərsiniz.




Pendiri rəndənin xırda gözündən keçirin. Bir qabda rəndələnmiş pendir və xəmiri əllə yaxşıca qarışdırın.




Hazırladığınız xəmiri streç salafana keçirib yarımsaatlıq soyuducuya yerləşdirin.




Soyuducudan götürdüyünüz xəmiri iki hissəyə ayırın. Hər hissəsini oxlovla dəzgahın üzərinə yayın. Xəmirin üzərinə boşqab qoyub dairəvi kəsin. Xəmirin üzərindən müxtəlif kokteyl çubuqlarıyla dəliklər açın.




Dairədən 8 üçbucaqlar kəsin. İkinci xəmiri eyni bu qaydayla hazırlayın.




Xəmirləri soba sinisinə aralıqlarla düzüb əvvəlcədən 170 dərəcə qızdırılmış sobada 6-8 dəqiqə bişirin. Rəngini çox dəyişmədən krekerlər qurumalıdır.




Sobadan götürüb soyuduqdan sonra yeyə bilərsiniz.


Nuş Olsun!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
622 579 563 500 534 548

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Hörmətli Qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.