amon

amon İdman 17-07-2021, 15:32

Keyn bizim oyunçudur və nöqtə

Keyn bizim oyunçudur və nöqtə
Tottenham-in baş məşqçisi Nunu Eşpirintu Santu komandanın ulduz hücumçusu Harri Keynin gələcəyi ilə bağlı danışıb.

Loading.az xəbər verir ki, "Sky Sports" mütəxəssisin söylədiklərini belə çatdırıb:

"İstəyirəm ki, Avropa çempionatından mübarizə aparan Harri yorğunluğunu istirahətlə çıxarsın. Bizə qoşulanda başa düşəcək ki, məsuliyyəti üzərinə götürmək və daha yaxşı olmağa çalışmaq vaxtıdır. Açığı, belə olacağına heç şübhəm də yoxdur. Hədəflərimiz böyükdür. Keynin əla oyun sərgiləyəcəyinə inanırıq. Harri bizim oyunçudur və nöqtə. Başqa söhbətlərə ehtiyac görmürəm. Hələ istirahət etməlidir. Bizə qoşulacağı günü səbirsizliklə gözləyirəm. Gələcəyini birlikdə müzakirə edəcəyik".

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
555 511 479 531 487 546

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.