Buda sənə son vidam, əlvidam olsun
Bu da son ayrılıq son dayanacaq
Qismətin əlindən biz hara qaçaq.
Günah kimdə oldu, bilmirəm ancaq
Bilirəm – tək yanan mən olacağam..
Bilmirəm – sevincdən ya qəmdən oldu,
Bilmirəm dumandan, ya çəndən oldu.
Bəlkə də ayrılıq, tək səndən oldu,
Bilirəm – tək yanan mən olacağam.
Niyə ayrılırıq, hara gedirik,
Vurub qəlbimizə yara gedirik.
Bəlkə ikimiz də günah edirik,
Bilirəm – tək yanan mən olacağam.
Bəlkə bir yuxuydu- oyanmalısan,
Bəlkə, geri dönüb dayanmalısan,
Cəhənnəm oduna sən yanmalısan
Bilirəm – tək yanan mən olacağam.
Min günah elədin sən dönə-dönə,
Bağışladım səni, sınadım yenə.
Yenə də, yenə də sənin xətrinə.
Qismətin əlindən biz hara qaçaq.
Günah kimdə oldu, bilmirəm ancaq
Bilirəm – tək yanan mən olacağam..
Bilmirəm – sevincdən ya qəmdən oldu,
Bilmirəm dumandan, ya çəndən oldu.
Bəlkə də ayrılıq, tək səndən oldu,
Bilirəm – tək yanan mən olacağam.
Niyə ayrılırıq, hara gedirik,
Vurub qəlbimizə yara gedirik.
Bəlkə ikimiz də günah edirik,
Bilirəm – tək yanan mən olacağam.
Bəlkə bir yuxuydu- oyanmalısan,
Bəlkə, geri dönüb dayanmalısan,
Cəhənnəm oduna sən yanmalısan
Bilirəm – tək yanan mən olacağam.
Min günah elədin sən dönə-dönə,
Bağışladım səni, sınadım yenə.
Yenə də, yenə də sənin xətrinə.






