Yazar SH - EŞQ
Hər kəs bilə bilməz nədir sevda
Hər kəs bilə bilməz nədir eşq
Düşünürlər ki, yaşaram pulla
Amma sən demə ki, yaşadırmış eşq
Yaşayıram axı onun gözlərində mən
Anlayıram eşqi gözlərindən
Sevən olmadı məni sən kimi bu qədər
Hər baxanda deyir gözlərimə : Gəl
Anlaşırdıq onla danışmadan
Ürəkdir gözləri danışdıran
Biz ayrılıqla barışmadıq
Amma çox idi aramızı qarışdıran
Acılar mənə dərk elətdirdi ki
Mən eşqə, eşq mənə düz gəlmir çünki
Bir daha şahidi oldum ki
Axı sevgililər evlənmir.
Gəlir həyatına biri
Hər gecə xəyalına girir
İstə ya da ki, istəmə sən
Ağlındadır sənin hər anına kimi
EŞQ SALIR İNSANI DƏRDƏ
ALIR AĞRILARI QƏLBƏ
ALIR AĞRILARI QƏLBƏ
Darıxsan əgər ki,haçansa mənim üçün
Yum gözlərini və tanrıya sığın
İnanıram ki, mən bizi ayıranlar
Görəcək bir gün qarşılığın.
Ağlama, gün, sən ağlama gül
Ağlama gəlməsin ağlına dün
Bacarmadıq biz sadəcə sənlə
Boş ver səhifəni bağla və gül
Olmadı görən niyə, kimdədir günah?
Bəlkə də sadəcə qoymadı Allah
Dualar edərəm hər gün bizim üçün
Axirətdə görüşərik inşallah
Dəlilər kimi sənə bağlanan adam
Bilirdi bir gün yad olacaq yenə
Ayrılırıq amma məndən geriyə
Qalacaq bu mahnı yadigar sənə







