Şəhid İlqar Mirzəyev
İlqar Anzor oğlu Mirzəyev 1973-cü il mayın 8-də Qardabani şəhərində anadan olmuşdur. Milliyyətcə azərbaycanlı idi.
İlqar Mirzəyev leytenant olan zaman (1995-ci il)
Təhsili
İlqar Mirzəyev 1980-cı ildə Qardabani şəhərində tam orta məktəbin birinci sinfinə daxil olmuşdur və 1990-cı ildə oradan məzun olmuşdur. 90-cı illərin əvvəlində Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları Birinci Qarabağ müharibəsinin başlamasına səbəb olmuşdur. Müharibənin yeni-yeni alovlandığı 1991-ci ildə İlqar Mirzəyev sənədlərini Bakı Ali Birləşmiş Komandalıq Məktəbinə (BABKM) vermişdir.
İlqar Mirzəyev 1991-ci il avqustun 1-də Bakı Ali Birləşmiş Komandalıq Məktəbinə (BABKM) qəbul olmuşdur və 1995-ci ildə oranı "Artilleriya" ixtisası üzrə bitirmişdir.
2003-cü il avqustun 10-da İlqar Mirzəyev ixtisasın artırılması üçün Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyasının müdavimi olmuşdur. 2005-ci il iyulun 2-də təhsilini uğurla başa vurmuşdur.
Ailəsi
İlqar Mirzəyev Güllü Mirzəyeva ilə ailəli idi. Elvin adında oğlu və Gülnarə adında qızı var idi.