Gulusum

Gulusum İdman 25-09-2021, 21:16

"Səbail"in futbolçusu ölkə tarixində rekorda imza atıb

"Səbail"in futbolçusu ölkə tarixində rekorda imza atıb
Futbol üzrə Azərbaycan Premyer Liqasının V turu yeni rekordla əlamətdar olub.

LoaDinG.az ın məlumatına görə, ilk oyun gününün ikinci matçında meydana çıxan Rahid Əmirquliyev ölkə çempionatları tarixinə düşüb.

“Zirə”yə qarşı oyun “Səbail”in kapitanı üçün 422-ci çempionat görüşü olub. 32 yaşlı yarımmüdafiəçi bununla da Azərbaycan çempionatları tarixində ən çox matç keçirən futbolçu adına yiyələnib. O, 421 dəfə meydana çıxan Mahmud Qurbanovun rekordunu arxada qoyub.

III turun “Sumqayıt”la görüşündə rekordu təkrarlayan oyunçu “ASCO Arena”da mütləq göstəriciyə imza atıb. Təcrübəli yarımmüdafiəçi Azərbaycan çempionatlarında 2003/04 mövsümündə debüt edib. O, 2003-cü il iyulun 12-də "Şahdağ"ın heyətində səfərdə “Şəfa”ya 0:1 hesabı ilə oduzduqları oyunun iştirakçısı olub. Əmirquliyev karyerası ərzində çıxdığı qarşılaşmalarda 33 qol vurub.

O, ölkə çempionatlarında 4 klubun formasını geyinib. Yarımmüdafiəçi yetirməsi olduğu “Şahdağ”da 57 (7 qol), “Xəzər Lənkəran”da 254 (23 qol), “Qarabağ”da 37 (3 oyun) oyuna çıxıb. “ASCO Arena”dakı matç onun “Səbail”də 74-cü görüşüdür.

Qeyd edək ki, Azərbaycan çempionatlarında yalnız Rahid Əmirquliyevlə Mahmud Qurbanov 400 oyun səddini keçə bilib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
388 465 400 459 366 342

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.