n2006

n2006 Aforizm 5-12-2021, 10:40

"Zaman" haqqında aforizmlər

"Zaman" haqqında aforizmlər
Biz gələcəyə çatanda, məlum olur ki, onun mənzərəsi öncədən çəkilibmiş. (Əbu Turxan)

Biz gələcəyə getməsək də, gələcək bizi çəkib aparır. (Əbu Turxan)

Bizim mövcudluğumuz fasiləsiz olaraq keçmişə doğru gedişdir. (Fridrix Nitsşe)

Cahanda hər hökmü bir zaman verir,
Dünən fərman verən bu gün can verir. (Səməd Vurğun)

Dünən tarixdir, sabah müəmmadır, bu gün isə bir hədiyyədir. (Eleonora Ruzvelt)

Əgər asudəlik istəyirsənsə,
vaxtını hədər yerə itirmə. (Bencamin Franklin)

Əgər lazımsız işlərə vaxt qalırsa, deməli, hansı isə vacib işlərə vaxt ayrılmamışdır. (Əbu Turxan)

Ən təhlükəli oğru vaxt oğrusudur. (C.Kolenso)

Gələcək keçmişə bənzəyir. (İbn Xəldun)

Gələcək o zaman bizimkidir ki, keçmişimizin davamıdır. (Əbu Turxan)

Gözləyə bilənə hər şey öz vaxtında gəlir. (Onore de Balzak)

Heç nə nə gec olur, nə də tez...
Hər şey vaxtında olur. (Konfutsi)

Hər şey itirildikdən sonra da hələ bir şey – gələcək qalır. (Kristian Bouvi)

İnsan gələcəyə öz keçmişinin çiynində gedir. (Əbu Turxan)

İnsan gələcəyini də bu gün yaşayır. (Əbu Turxan)

İnsanın itirdiyi ən böyük şey zaman ola bilər. (Teofrast)

Keçmiş – insan nəfsinin vətənidir. (Heyne)

Keçmiş – xatirələrdə, gələcək isə xəyallarda yaşayır. (Əbu Turxan)

Keçmiş indinin virtual məkanıdır. (Tur Xander)

Məkan zamanın bir anıdır. (Əbu Turxan)

Mən heç vaxt gələcək haqda düşünməyə macal tapmıram. O, kifayət qədər tez gəlib çıxır. (Albert Eynşteyn)

Nəyisə unutmaq, yaxud unutmamaq insan iradəsindən xaricdir. (Korneli Tasit)

Vaxtı öldürmək özünü öldürməkdir. (D.Pekk)

Zaman gizli olan hər şeyin üstünü açır, aydın olan hər şeyin üstünü örtür. (Sofokl)

Zaman pula bənzəyir – lazımsız yerə xərcləməsən hər şeyə çatar. (Konfutsi)

Zəmanə ancaq dayazda olanları dəyişir; dərin qatlara nüfuz edə bilmir. (Əbu Turxan)

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
829 791 772 747 790 789

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.