XAMLİYON__GÖZƏL

XAMLİYON__GÖZƏL Şeirlər 10-12-2021, 07:57

30 yaşımın şeir'i

30 yaşımın şeir'i
İndi mənim başıma
Od ələnən yaşımdı.
Söykənib bir divara
Güllələnən yaşımdı.
Sərxoş oyanmalıyam
Özgə yataqlarında.
Özümü asmalıyam
Otel otaqlarında.
Bir sevgili uduzub
Dost itirən yaşdayam.
Gecə küçədən evə
it gətirən yaşdayam.
Mənsə hər səhər evdən
Yorğun, əzik çıxıram.
Ayaqqabım narahat,
Əynim nazik çıxıram.
Boğazımı göynədən
Qəhər yox, soyuq olur.
İt yerinə əlimdə
Bir buzlu toyuq olur…

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
575 546 593 475 572 564

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.