n2006

n2006 Mətbəx 25-12-2021, 16:16

15 Dəqiqəyə Qəlyanaltı Tortu “Qar qız”

15 Dəqiqəyə Qəlyanaltı Tortu “Qar qız”
“Yeni il” bayram süfrəsi üçün gözəllik. Cəmi 15 dəqiqəyə dadlı qəlyanaltı tortu hazırlayaraq qonaqlarınızı heyran edə bilərsiniz. LoaDinG.Az 15 dəqiqəyə “Qar qız” qəlyanaltı tortunun reseptini təqdim edir.

Tərkibi:

250 qr (8 ədəd) krab çubuqları
3 ədəd yumurta
250 qr bərk pendir
2-3 diş sarmsaq
mayonez
Hazırlanma qaydası:

İlk öncə yumurtaları suda qaynadın. Qabığını soyub soyutduğunuz yumurtaların sarısını ağından ayırın. Pendiri və yumurta sarısını sürtgəcin xırda gözündən keçirin. Bir qabda sürtgəcdən keçirilmiş pendir və yumurtanın üzərinə sarımsaqəzəndən keçirilmiş sarımsaq əlavə edin. Mayonez də əlavə edib qarışdırın.
Krab çubuqlarını açın. Birinci qatı boşqaba sərib üzərinə içlikdən yaxın. Bu qaydayla açılmış krab çubuqları bitənə qədər üst-üstə düzün.Yumurta ağını sürtgəcdən keçirib tortun üzərini və kənarlarını bəzəyin. Krab çubuqlarını rənginə görə açıb düzsəniz (bir tərəfi qırmızı, digər tərəfi ağ) 2 rəngli qəlyanaltı alınacaq. Hazır qəlyanaltı tortu istəsəniz dərhal süfrəyə verə bilərsiniz. Və ya qonaqlar gələnədək soyuducuya yerləşdirə bilərsiniz. Süfrəyə tort kimi və ya dilimləyərək kanape formasında verə bilərsiniz.


Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
531 506 409 498 510 503

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.