Xanımların nəzərinə

Xanımların nəzərinə

Qadınlar gülərkən bundan sonra daha diqqətli olmalıdırlar. Amerikalı alimlər müəyyənləşdiriblər ki, ürəkdən gülmək iştahanı artırır. Komediyalara və yumor olan verilişlərə baxmaq qızlarda daimi aclıq hissi yaradır.

Bu səbəbdən arıqlamaq istəyən və pəhriz saxlayan qadınlara mütəxəssislər komediya seriallarına baxmamağı məsləhət görür. Həmçinin kimsə onların yanında lətifə danışanda dərhal həmin yeri tərk etməlidirlər. Trillerlər və qorxulu filmlərə baxmaq isə qadınların iştahasını tamamilə küsdürür.


Kaliforniyadakı nevroloji mərkəzin ekspertləri tərəfindən aparılan araşdırmada 14 qadın iştirak edib. Onlar DVD-də müxtəlif emosiyalı kinolentlərə baxıblar. İlk olaraq xanımlara sevimli komediyalarını nümayişləyiblər. Daha sonra isə "Sıravi Rayanın xilas edilməsi" filmindən qanlı fraqmentlər göstərilib.

Bu filmlərə baxmazdan əvvəl və sonra isə təcrübəyə qatılanların qan nümunələri götürülüb. Məlum olub ki, gülüş nəticəsində orqanizmdə leptinin səviyyəsi 15 faiz aşağı düşür. Bu maddə isə iştahanı öldürür. Bunun əksinə olaraq aclıq hormonu kimi bilinən qrelinin miqdarı isə 9 faiz artır. Qanlı və qorxulu filmlərin nümayişindən sonra isə xanımlardan heç biri yemək istəmir.

Bu fakt bir daha sübut edir ki, kök insanlar arıqlara nisbətən daha yumşaqürəkli və şən olurlar. Əlbəttə, hər bir halda olduğu kimi, bu məsələdə də istisnalar var.
Xanımların nəzərinə

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
834 838 794 804 874 856

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.