ice berg

ice berg özünü 🙃 xoş hiss edir. Sevgi 9-02-2024, 23:00

Məsələn,sənə bərk-bərk sarılaram, qoxunu içimə çəkərəm

Məsələn,sənə bərk-bərk sarılaram, qoxunu içimə çəkərəm
Gec yazanda sənin üçün həyacanlanmağı, harda olduğunu düşünməyi, narahat olmağı öyrəndim. Bu gün hava soyuqdur, görəsən əynini qalın geyinibmi deyə düşünməyi öyrəndim, mən sənlə hər şeyi öyrəndim. Səni elə sevirəm, belə sevirəm demərəm, bunu ən gözəl şəkildə göstərərəm. Məsələn,sənə bərk-bərk sarılaram, qoxunu içimə çəkərəm, yemək hazırlayaram, ən sevdiyim kitabı oxuyaram sənə. Çölə çıxsan pəncərənin önündə yolunu gözləyərəm. Xəstə olsan, sağalana qədər baş ucunda gözləyərəm. Ağlasan göz yaşlarını ilk mən silərəm, qoymaram yerə düşməsini. Uşaq kimi başını dizlərimə qoyub, saçlarını sığallayaram, gözlərindən öpərəm. Başqaları kimi yaralarını sağaldaram deyib sənə boş yere ümid vermərəm, bilirəm ki keçmiş yaralar sağalmaz. Amma yaralarına məlhəm olub sararam. Həmişə yanında qalaram, əllərini tutaram, buraxmamaq üzrə. Saçlarından öpərəm. Danışmasaq da susarıq, gözlərimiz danışar. Səninlə susmaq belə çox xoş olar. Mən səni elə belə sevmərəm, mən səni hamıdan fərqli, canımdan belə çox sevərəm.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
331 328 253 241 252 234

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Hörmətli Qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.