Səni Ən gözəl mən sevərəm✨
Səni elə sevirəm belə sevirəm deyə bilmərəm ama sarılaram. Qoxunu içimə çəkərək öpərəm. Məsələn yemək hazırlayaram,ən sevdiyim kitabı oxuyaram sənə. Çölə çıxsan pəncərə qarşısında yolunu gözlərəm. Xəstə olsan, sağalana qədər baş ucunda gözlərəm. Ağlayarsan ilk göz yaşlarını silən mən olaram. Uşaq kimi başını dizlərimə qoyub saçlarını sığallaram. Gözlərindən öpərəm. Elə digərləri kimi yaralarını sağaldaram deyə bilmərəm. Bilirəm ki, keçmiş yaralar sağalmaz ama yaralarına məlhəm olub sararam. Həmişə yanında qalaram,əllərindən tutaram, saçlarından öpərəm. Danışmasaq da susarıq gözlərimiz danışar, səninlə susmaq belə çox xoş. Mən səni elə belə sevmərəm. Səni ən gözəl mən Sevərəm...❤️🌙






