Sərxoş sətirlər

Gəl ki, yalnızlığımın tozu qalxsın. Gələrkən qəlbini də gətir. İki stəkan süz qəlbindən. Danışaq, xatırlayaq sevgimizi...
Neçə zamandır üşüyür əllərim. Gələrkən əllərini də gətir. Isidək ovuc içimizi. İlk dəfə tuturmuş, son dəfə imiş kimi hissi ilə bərk tutaq əlimizi...
Gəl əzizim, həsrətin acısı dinsin, gözlər uzaqlarda deyil, gözlərində tapsın hüzuru...
Gəl, köhnə günlərə xatir gəl əzizim. Bəlkə heç nə əvvəlki dadında olmayacaq. Amma bir - birimizi sevilmək istədiyimiz qədər sevdik. Qəlbin, ən gözəl qəlbimə yaraşdı..."








