Yandır məktublarımı

YANDIR MƏKTUBLARİMİ...
Hər sətir üstündə titrəyib əlim,
Sətirlər qəlbimdən od alıbdılar
Mən sənə bir dəfə aldandım gülüm
Məktublar ömürlük aldanıbdılar

Məni xatırlama özgə ol,yad ol
Oyuncaq olmasın məktubblar barı
Ömründə bircə yol alicənab ol
Yandır xatirəmi-o məktubları

Orda ürəyimin harayı-ahı
Qəlbimin utancaq sevdası yatır
Orda vüqarımın sınma günahi
Kövrək bir nəğmənin sədası yatır

Dağılar şöhrətin dumanı çəni
Udar bir ac balıq incitək səni
Yazdığım sətirlər ac toxum kimi
bir gün göz yaşını içəcək sənin

Məktublar içində nəyim nələrim...
alovlu sətirlər gizli qəm kimi
Yandır məktubları-Xatirələrim
Yansın ...Külə dönsün qoy Kərəm kimi

Sənə ümid dolu dikilən gözlər
Yenə xatirədə dönüb qalandır
Əlim əsə-əsə yazdığım sözlər
O zaman düz idi...İndi yalandır

Həyatın özündə sınadım səni
Demə bbbbahar idim,İndisə qışam
Yaxşı ki, sonradan tanidim səni
Yaxşi ki,ömürlük aldanmamışam
NÜSRƏT KƏSƏMƏNLİ

Sayta verdi: Kukulka






