amon

amon İdman 13-01-2022, 10:00

İlin ilk “El Klasiko”sunu “Kral klubu” qazandı.

İlin ilk “El Klasiko”sunu “Kral klubu” qazandı.
Bu gün futbol üzrə İspaniya Super Kubokuna start verilib.

Loading.Az xəbər verir ki, Səudiyyə Ərəbistanında dörd komandanın iştirakı ilə keçirilən turnirin ilk yarımfinal oyununda “El Klasiko” həyəcanı yaşanıb. Madrid “Real”ı "Kral Fəhd" adına stadionda “Barselona” ilə üz-üzə gəlib.

Klublar arasındakı ilin ilk qarşılaşmasında sevinən tərəf paytaxt komandası olub. Əlavə vaxtda vurulan qol “Real”ın qələbəsini rəsmiləşdirib - 3:2.

Qeyd edək ki, “Kral klubu” yanvarın 13-də keçiriləcək “Atletiko” (Madrid) – “Atletik” (Bilbao) oyununun qalibi ilə görüşəcək. Final matçı yanvarın 16-da baş tutacaq.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
492 481 419 412 402 371

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.