HASANLY

HASANLY İdman 5-12-2024, 14:11

La Liqa: "Atletik Bilbao" "Real"ı məğlub etdi

La Liqa: "Atletik Bilbao" "Real"ı məğlub etdi
İspaniya çempionatının 19-cu turunda "Atletik Bilbao" "Real Madrid"i qəbul edib.

Loading.Az Oxu.Az-a istinadən xəbər verir ki, qarşılaşma 2:1 hesabı ilə "Atletik Bilbao"nun xeyrinə başa çatıb.

İlk hissədə komandalar qol vura bilməyib. Matçda hesabı 53-cü dəqiqədə "Atletik Bilbao"nun hücumçusu Aleks Berenger açıb. 69-cu dəqiqədə Killian Mbappe penaltini reallaşdıra bilməyib. 79-cu dəqiqədə Cud Bellinqem hesabı bərabərləşdirib. 80-ci dəqiqədə "Atletik" Qorka Qurusetanın qolu ilə hesabda önə keçib.

"Atletik Bilbao" 16 matçda 29 xal toplayıb və dördüncü yerdədir. "Real Madrid" 33 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
287 259 216 227 235 260

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.