Braziliyalı futbolçu "Real Madrid"in tarixinə düşüb
İspaniya "Real Madrid"inin futbolçusu Marselo klubun tarixinə düşüb.
34 yaşlı cinah müdafiəçisi "Atletik"i 2:0 hesabı ilə məğlub etdikləri Superkubokun final matçında buna yiyələnib.
Braziliyalı oyunçu Madrid təmsilçisində 23-cü titulunu qazanıb və "kral klubu"nun sabiq kapitanı Serxio Ramosu (22) geridə qoyub.
Marselo hazırda Fransisko Gento ilə birlikdə paytaxt təmsilçisində ən çox titula sahib çıxan futbolçudur.
Qeyd edə ki, 2007-ci ildən "Real Madrid"də çıxış edən müdafiəçi klubda ən çox mövsüm keçirən əcnəbi oyunçu olub.