Heç vaxt özünü başqalarıyla müqayisə etmə

Heç vaxt özünü başqalarıyla müqayisə etmə

"Amma mən.." "Amma mənim.." Bu qədər.." Heç vaxt dəmə!
Heç vaxt müqayisə etmə özünü başqalarıyla!...
Şeytan da belə demədimi? "Mən!" dedi. "Üstünəm ondan!" dedi, müqayisə etdi özünü, qürurlandı...Və qovulmuşlardan oldu!
Sən də, əgər belə desən;
Hidayəti üçün dua etdiklərin varsa məsələn, əsla qəbul olmaz duaların!..
İstəsən gecə-gündüz namazda, orucda, ibadətdə ol, "Mən!" dediyin, Başqaları haqqında hökm verdiyin, müqayisə etdiyin, Onun mövqesinə göz dikdiyin müddətcə heçsən!
Çünkü O, "Mən" deyənə deyil, "Sən" deyənə, rəhmət nəzəriylə baxır..
O, qarşısında ikiqat gözyaşlarıyla dayanana qapılarını açır..

Alçalt nəfsini!
Bil ki Sən alçaldıqca yüksəldərlər səni..
Ər-arvad əlaqələrində olsun, bütün digər bəşəri əlaqələrdə olsun, əsla qürurlanma! Qürurlanma!... Özünü üstün görmə kimsədən!...
Bil ki şeytan sənə bu yolla yanaşar və məğlub edər səni..
Pərdə olar, Onunla arandakı rabitəyə..
Vüslına çata bilmərsən! Daim qürbətlərdə qalarsan..
Heç vaxt dəmə;

" Axı mənim bu qədər ibadətim var, amma o heç namaz qılmır"
"O başını örtmür..."
"O cümə namazına getmir"
"O...belə, mən belə!" Heç vaxt!

Bil, şeytanın oyunudu bu!
Kaş bilsən nə hiyləgərdir o! Belə-belə sürüşdürər ayağını...
Bil ki ALLAHın ən sevmədiyi şey; Təhqir etməkdi!
Öz yaratdığının, digər məxluqları alçaltması...
Bir cür TANRILIQ iddiası!
Kaş bilsən, birini alçaltmaq, neçə namazı silib aparar!
Birini alçaltmaq, neçə yaxşı əməli yox edər!

Eşitmədinmi, "pis" bilinən bir qadın, ayaqqabısıyla bir itə su içirtdiyi üçün cənnəti qazandı! Dünən "belə-belə" deyə alçaltdıqların, Onun sevgilisi oldular!
O, bir "Ahhhh" üçün, ürəkdən amma, iztirabla, peşmanlıqla, səmimi, ixlaslı bir ahhh üçün, günahla keçirilmiş bir ömürü silir!
Yeni doğulmuş kimi günahsız olarsan
Keçmişdə, belə bir "Ahhh" eşidən bir insan, həmsöhbətinə deyir ki;
"Al mənim bütün ibadətlərimin əcrini, o "ahhh"ını ver mənə.."
Vəfatından sonra yuxusunda halını soruşan bir dostuna da; " Bax o "Ahhh" səbəbinə cənnətlərdəyəm!" deyər
Varmı belə bir ahın?
Yoxdusa da əməlin, varmı Onun sevgisindən, Onun utancıyla, saf qəlblə axıdılmış iki damla gözyaşın?
Varmı?
Varsa qorxma heç!
Burada da, orada da SEVGİLİSƏN...

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
514 537 521 469 448 479

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.