Göz rənglərimiz bizi necə təsvir edir ?
Orebro Universitetinin bir qrup alimi maraqlı araşdırma aparıb. Belə ki, onlar göz rənginin insan xarakterinə necə təsir edib-etmədiyini müəyyənləşdiriblər.
1) Qəhvəyi və ya qaraya yaxın gözlər: Doğuşdan liderlik xüsusiyyətlərinə sahib və çox kəskin qərarlar verən insanların əksəriyyəti qəhvəyi və ya qaraya yaxın rəng tonlarında gözlərə sahib olurlar. Göz bəbəklərindəki qara tonların daha çox diqqət çəkdiyi insanlar çoxluq tərəfindən daha dürüst, güvənilən insanlar olaraq bilinir. Bu da onların liderlik xüsusiyyətlərini qabardır. Eyni zamanda bu göz rənginə sahib insanlar daha diqqətli, daha intizamlı xüsusiyyətləri ilə də seçilirlər.
2) Mavi gözlər: Mələk, ya da şeytan - hansı olacağınıza özünüz qərar verirsiniz. Eqoist olmaq mavi gözlü insanların başlıca xarakteridir. Mavi gözlü insanlar inkişaf üçün açıq, müasir və hər mühitə asanlıqla uyğunlaşmaları ilə fərqlənirlər. Pitsburq Salğamlıq Mərkəzinin araşdırmalarına görə, mavi göz rənginə sahib insanlar ağrıya daha dözümlü olurlar. Qarşılarındakı şəxsi asanlıqla təsir altına ala bilən mavi gözlü insanlar "şeytan"ı seçdiklərində təhlükəli ola bilirlər.
3) Boz rəngli gözlər: İki fərqli xarakterə sahib olan, çox nadir hallarda rast gəlinən boz rəngli gözlər haqqında deyiləcək ən vacib xüsusiyyət onların həmişə hamıdan nəyisə gizlətmələridir. Bu da onların mavi gözlü insanlar kimi asanlıqla yaxşı, və ya pis biri olmağı seçə bildiklərini göstərir. Lakin daha açıq boz rəngli gözə sahib insanların yardımsevər olduğu da araşdırmalarda öz əksini tapmışdır.
4) Ala rəngli gözlər: Ən çox rastlanan göz rənglərindən biri də ala gözlərdir. Ala gözlü insanlar özəl, özünə məxsus xarakterə sahib olurlar. Ümumilikdə, azadlıq tərəfdarı olan, anı yaşayan insanlar olaraq xarakterizə edilirlər. Dr.Matthew Leachın araşdırmalarına görə, ala gözlü insanlar daha çox həzm sistemi problemləri yaşayan insanlardır. Bu, onların qan analizlərində də təsdiqlənmişdir.
5) Açıq qəhvəyi gözlər: Qəhvəyi göz rənginə sahib insanlar dost canlısı və istiqanlı olmaqları ilə seçilirlər. Praqadakı Charles Universitetinin araşdırmalarına görə, qəhvəyi göz rənginə sahib insanlar nəzakətli və ağırbaşlı olurlar. Bu göz rənginə sahib insanlar digərləri ilə müqayisədə daha az yatırlar. Bu səbəblə yuxu onlar üçün bir növ problem hesab edilə bilər.
6) Yaşıl gözlər: Cazibədarlıq bu göz rənginə sahib insanların ortaq xarakteri olaraq müəyyən edilib. Ətrafındakıları asanlıqla təsir altına ala bilən yaşıl gözlü insanlarda liderlik iddiası olmamasına rəğmən insanları idarə etməyi sevirlər. Dr. Hamadi Kallelinin araşdırmalarına görə, sirrli və özgüvənli insanların əksəriyyəti yaşıl rəngli gözə sahib olanlardır. Əsəblərini asanlıqla idarə edə bilən, yaradıcı insanlar da yaşıl rəngli gözlərə sahib olurlar.