Əcdadlarının sümüyü
İspaniyada əcdadları ilə fəxr edən bir kral varmış. Bu kral kasıblara, zəiflərə qarşı öz qəddarlığı ilə tanınırmış.
Bir gün kral öz adamları ilə Araqon çölündə gəzirmiş. Neçə illər əvvəl bu çöllərdə baş verən bir döyüşdə o, atasını itiribmiş. Kral görür ki, bir yaşlı kişi çölün düzündə bir qalaq sümük yığıb.
- Burda nə edirsən? - kral kişidən soruşur.
Qoca deyir:
- Əlahəzrət! Mən eşitdim ki, bu gün siz-kral Həzrətləri adamlarınızla bura gələcəksiniz, ona görə də rəhmətlik atanızın sümüklərini tapıb sizə hədiyyə etməyi qərara aldım.. Amma nə qədər axtarsam da, atanızın sümüklərini tapa bilmirəm. Çünki sizin atanızın sümükləri də kasıbların, dilənçilərin sümükləri ilə eynidir.