n2006

n2006 Xəbərlər 6-03-2022, 15:23

Üç min amerikalı könüllü Ukraynada döyüşməyə hazırdır

Üç min amerikalı könüllü Ukraynada döyüşməyə hazırdır
Üç min amerikalı könüllü Ukraynanın Rusiyanın işğalına qarşı müqavimət göstərəcək beynəlxalq batalyona qoşulmaq çağırışına cavab verib.

LoaDinG.Az Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə Ukraynanın ABŞ-dakı səfirliyinin nümayəndəsi deyib.

Amerikalı könüllülər arasında 20 illik təcrübəyə malik veteranların da olduğu bildirilir.

Ukraynadakı beynəlxalq batalyona digər ölkələrin vətəndaşları da qoşulmaq qərarına gəliblər.

Bundan əvvəl Ukraynanın xarici işlər naziri Dmitri Kuleba dünyanın 16 ölkəsindən könüllülərin artıq Ukraynaya gəldiyini bildirib. O, həmçinin qeyd edib ki, Ukrayna artıq ən azı 86 dövlət və 15 beynəlxalq təşkilatın daxil olduğu beynəlxalq anti-müharibə koalisiyasını səfərbər edib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
335 279 273 296 295 325

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.