n2006

n2006 Məşhurlar 7-03-2022, 09:54

Rusiyaya uçuşlar dayandırıldığı üçün Şəbnəm Tovuzlu 50 min ziyana düşdü

Rusiyaya uçuşlar dayandırıldığı üçün Şəbnəm Tovuzlu 50 min ziyana düşdü
Azərbaycandan Rusiyaya uçuşlar dayandırıldığı üçün müğənni Şəbnəm Tovuzlu ziyana düşüb.

Bu barədə ifaçı OLAY-a açıqlama verib. O bildirib ki, Rusiyada yeddi toyda oxumalı imiş:

"Vəziyyətim çox pisdir. Hazırda martın sonuna kimi Rusiyada 7 toyum naməlum vəziyyətdə qalıb. Çox pis olmuşam. Toy sahibləri də çarəsizdir. Bilmirəm necə olacaq. Xeyli biletimiz, 50 min manata yaxın qonorarım batdı".

Qeyd edək ki, bu gündən etibarən beynəlxalq uçuşlar zamanı yaranan risklərlə əlaqədar, Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyinin tövsiyəsi ilə Rusiya aviaşirkətlərinin Azərbaycana reysləri qeyri-müəyyən müddətə dayandırılıb.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
473 536 481 500 497 500

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.