amon

amon Mətbəx 14-03-2022, 14:03

Tortlar Üçün Yüngül və Dadlı Qanaşlı Krem

Tortlar Üçün Yüngül və Dadlı Qanaşlı Krem
Tortlar üçün dadlı, yüngül qanaşlı krem hazırlaya bilərsiniz. Loading.az qanaşlı kremin reseptini təqdim edir.

Tərkibi:
2 paçka 200ml qaymaq (sütaş, milla)
3 paçka südlü şokolad (80-90qr olanlardan)
1 paçka tünd şokolad

Hazırlanma qaydası: İlk öncə qaymağı qazana əlavə edib zəif ocaqda qızdırın, qaynatmayın! Dilimlənmiş şokolad parçalarını da qazana əlavə edib tez-tez qarışdırın ki, ərisin. Şokoladlar əriməyə başladıqda ocağın altını söndürüb yaxşıca qarışdırın ki, hamısı ərisin. Hazır kütləni dərin qaba töküb soyumağa qoyun. Tam soyuduqdan sonra 3-4 saatlıq soyuducuya yerləşdirin. Daha sonra soyuducudan çıxarıb 8-10 dəqiqə mikserlə yaxşıca çırpın. Qatı krem halına gəldikdə bişmiş korjların arasına çəkib, zövqə görə bəzəyə bilərsiniz. Bəzək üçün ayırıb 1 saatlıq soyuducuya yerləşdirin ki, bəzəklər daha gözəl alınsın.




Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
830 854 774 784 719 742

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.