n2006

n2006 Xəbərlər 16-03-2022, 10:15

"Ukrayna NATO-ya üzv olmayacaq" - Zelenski

"Ukrayna NATO-ya üzv olmayacaq" - Zelenski
Ukrayna prezidenti Volodimir Zelenski ölkənin NATO hərbi blokuna üzv olmaq istəyinə münasibət bildirib.

Ukrayna lideri bunu Londonda Birgə Ekspedisiya Qüvvəsində onlayn çıxışı zamanı deyib.

"Aydındır ki, Ukrayna NATO-nun üzvü deyil, biz bunu başa düşürük, adekvat insanlarıq. Biz illərdir açıq qapılar haqqında eşitmişik, amma indi də eşitmişik ki, ora daxil ola bilmərik və bunu etiraf etməliyik. Mən şadam ki, xalqımız bunu başa düşür və özümüzə və bizə kömək edən tərəfdaşlarımıza arxalanır", - prezident qeyd edib.

O, bir daha Ukrayna ərazisi üzərində səmanı bağlamağa çağırıb, eyni zamanda müsbət qərarın qəbulu ehtimalının az olduğunu qeyd edib: "Ukrayna hazırda NATO müqaviləsinin 5-ci maddəsini işə salmaq iddiasında deyil. Biz həmişə deyirik ki, səmamız Alyansın səması kimi qorunmalıdır, lakin biz başa düşürük ki, həmişə "amma" var...Rusiya bizim Lvov bölgəsinə hücum etdi, NATO sərhədlərindən 20 km məsafədə raket zərbəsi endirdi. Rusiya pilotsuz təyyarələri artıq Alyansın ərazisinə düşdü", - deyə dövlət başçısı yekunlaşdırıb.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
390 350 357 295 290 408

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.