n2006

n2006 Mətbəx 19-03-2022, 21:55

Bayram Süfrəsi Üçün Zərif “Nejenka” Salatı

Bayram Süfrəsi Üçün Zərif “Nejenka” Salatı
Bayram süfrəsi üçün zərif salat hazırlaya bilərsiniz. LoaDinG.Az “Nejenka” salatının reseptini təqdim edir.

Tərkibi:
1 ədəd toyuq filesi
4 ədəd yumurta
3 ədəd təzə xiyar
150 qr tumsuz qara gavalı
150 qr qoz ləpəsi
mayonez
Hazırlanma qaydası:
Toyuq filesini duzlu suda bişirin. Yumurtanı da suda bişirib qabığını soyun. Xiyarın qabığını soyub kiçik uzun zolaqlar formasında doğrayın. Bişib soyuyan toyuq filesini didin. Boşqaba ilk öncə doğranmış xiyar töküb üzərinə mayonez yaxın. Daha sonra didilmiş toyuq filesini səpib mayonez yaxın. Bişib soyuyan yumrtanı sürtgəcin iri gözündən keçirin. Üçüncü qat olaraq yumurtanı səpib mayonez yaxın. Holland pendirini də rəndələyib ən son qat olara düzün. Ancaq mayonez yaxmayın. Tumsuz qara gavalını yuyub doğrayın. Qoz ləpəsini də xırdalayın. Salatın üzərini doğranmış gavalı və qoz ləpəsiylə bəzəyin. Salat hazırdır!

Nuş Olsun!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
738 679 629 597 582 662

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.