aynure

aynure Sağlamlıq 21-03-2022, 12:00

Az kalorili, çox faydalı qulançar haqinda məlumat

Az kalorili, çox faydalı qulançar haqinda məlumat
Kalorisi çox az, özü çox dadlı və faydalı olacaq bir qida axtarırsınızsa bu, qulançardır. Qulançarın başqa adı asparaqusdur. Maraqlı adı olan bu bitkinin 100-dən çox növü var.

Sağlam qida həvəskarlarının çox sevdiyi bu bitki həm də kalorisinin azlığına görə mətbəximizə mütləq əlavə etməli olduğumuz bitkilərdəndir :) Belə ki, 100 qr-da cəmi 20 kalori var.

Tərkibi liflərlə zəngin olan qulançar A, E, C, K, B qrup vitaminləri, həmçinin fol turşusu, selen, kalium, kalsium, dəmir, asparagin, karotin, saponin kimi lazımlı minerallarla zəngindir.



Faydası

Qanı və qaraciyəri zəhərli maddələrdən təmizləyir
Bədəndən artıq mayeni çıxarır
Tərkibində olan asparagin ürək və böyrəyin fəalliyətinə müsbət təsir göstərir
Yüksəlmiş arterial təzyiqi aşağı salır
Podaqra, böyrək və sidik sistemi xəstəlikləri olan xroniki nefrit, böyrək ləyəninin iltihabı, sidik kisəsi və sidik yollarının iltihabında faydalıdır
Çünki orqanizmdən xloridlər, fosfatlar, sidik turşusunu çıxarır.

Qulançarı alıb saxlamaq məsləhət deyil, faydalı xüsusiyyətlərinin azalmaması üçün elə aldığınız gün istifadə edin. Yox əgər bir müddət saxlamaq istəsəniz onu adi çiçək kimi güldanda suyun içində saxlamaq lazımdır, belə vəziyyətdə qulançar bir həftə faydasını saxlamış olur.

Necə hazırlamalı?

Faydalı olması üçün onu 3-5 dəqiqə suda bişirmək kifayət edir, bişdikdən sonra onu salatlara əlavə edə və ya ayrıca şəkildə yeyə bilərsiniz.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
476 474 467 417 399 439

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.