Səndən uzaq olanda
Nə susmaq, nə danışmaq
Heç mənası qalmayıb.
Nə çətindir yaşamaq
Səndən uzaq olanda
Məcbur nəfəs alıram
Həsrətlərə dalıram
Yavaşca ağlayıram
Səndən uzaq olanda.
Necə sevdim bilmirəm
Təsəllilər faydasız
Sənsiz qala bilmirəm ,
Səndən uzaq olanda.
Baxışlarım saralır,
Bəyaz dünyam qaralır
Gəncliyimdə qocalır
Səndən uzaq olanda.







