n2006

n2006 Mətbəx 25-03-2022, 10:04

30 Dəqiqəyə Gil Küpədə Sadə Və Dadlı Toyuq Yeməyi

30 Dəqiqəyə Gil Küpədə Sadə Və Dadlı Toyuq Yeməyi
Toyuqdan gil küpədə tez hazırlaya biləcəyiniz və mükəmməl dadlı yemək. Hətta təcrübəsiz evdar qadın belə bu sadə və dadlı yeməyi bişirə bilər. LoaDinG.Az gil küpədə dadlı toyuq yeməyinin reseptini təqdim edir.

Tərkibi:

500 qr toyuq filesi
2 ədəd kabak (kabaçok)
2 budaq yaşıl soğan
2 diş sarımsaq
2 ədəd pomidor
6 ədəd yumurta
duz, istiot zövqə görə
Hazırlanma qaydası:

Toyuq filesini kiçik kub formasında doğrayın və qızılı rəng olana qədər qızardın. Kabakları da kub formasında doğrayıb orta ocaqda qızardın. Bir qabda qızardılmış kabak və toyuğu qarışdırın. Üzərinə xırda doğranmış sarımsaq və kub formasında doğranmış pomidor əlavə edib qarışdırın. Zövqə görə duz, istiot da əlavə edib hamısını yaxşıca qarışdırın. Hazırladığınız kütləni gil küpələrə və ya soba qəliblərinə bölüşdürün. Üzərinə yumura sındırıb doğranmış yaşıl soğan əlavə edin. Əvvəlcədən 200q dərəcə qızdırılmış sobada 20-25 dəqiqə bişirin. Hazır olduqdan sonra yenidən yaşıl soğan səpib küpələrdə süfərəyə verin.





Nuş Olsun!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
505 573 528 510 544 517

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.